İtə işgəncə verilməsi görüntüləri ilə bağlı araşdırma başladı

15:40 - 31 Mart 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov nazirliyin görüntülərdən məlumatlı olduğunu deyib.

O bildirib ki, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, gənc oğlanın itə işgəncə verməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.

Xəbər xətti