Türk PUA-ları yeni nəsil raketlərlə təchiz ediləcək

13:43 - 31 Mart 2022 - DÜNYA

Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) yeni nəsil, son texnologiyaların istifadəsi ilə ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Çakır” qanadlı raketləri ilə təchiz ediləcək.

Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

O qeyd edib ki, raket tamamilə yerli texnologiyalardan istifadə olunaraq istehsal edilir. Raketin bu il Akıncı PUA-sı vasitəsi ilə sınaq atəşi həyata keçiriləcək, tam şəkildə inteqrasiyası isə 2023-cü il üçün nəzərdə tutulub.///apa

Xəbər xətti