Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş keçirilir.
Ucnoqta.az xəbər verir ki, C.Bayramov ATƏT sədrini nazirliyin önündə qarşılayıb.
Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.