Azərbaycanda 29 yaşlı qızın meyiti tapıldı

10:03 - 31 Mart 2022 - HADİSƏ

Mingəçevirdə yaşayış evində qadın meyiti aşkar edilib.

 Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan 1993-cü il təvəllüdlü Əhmədova Aytəkin Əflatun qızı yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun meyitini yaxınları aşkar ediblər.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, A.Əhmədova 2019-cu ildən Mingəçevir Ruhi Əsəb Dispanserində qeydiyyatda olub.///publika.az

Xəbər xətti