Oğuzda yaşadığı evdə təmir işləri aparan 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib. Kənd sakini, 1935-ci il təvəllüdlü Zeynəddin İsmayıl oğlu Ağəmmədov yaşadığı evin dam örtüyünü təmir etmək istəyən zaman ehtiyatsızlıqdan nərdivandan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 87 yaşlı Z. Ağəmmmədov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.