Türkiyə S-400-lərə alternativ almaq istəyir
08:12 - 31 Mart 2022 - DÜNYA
Türkiyə S-400 “Triumf” zenit-raket komplekslərinə alternativ olaraq digər raket əleyhinə müdafiə sistemləri almaq istəyir.
APA TASS agentliyinə istnadən xəbər verir ki, bu barədə Türkiyəninn milli müdafiə naziri Hulisi Akar bildirib.Onun sözlərinə görə, S-400 ölkə üçün zəruri idi.
Ancaq Ankara hazırda digər müdafiə sistemlərinin alınması üçün Fransa və İtaliya ilə danışıqlar aparır.
Nazir alternativin tapılacağına və Türkiyənin bu sistemləri alacağına əminliyini ifadə edib.