Bakıda maşın dərəyə aşdı - ölən var

20:39 - 30 Mart 2022 - HADİSƏ

Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobili dərəyə aşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti