Əməkdar rəssam həbsdən azad edildi

21:57 - 30 Mart 2022 - HADİSƏ

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib. "Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.


18:04

Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır.

Xəbər xətti