Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Şəhər ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və sərnişini müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.///report