Putinlə Makron İstanbul danışıqlarını müzakirə etdilər

21:42 - 29 Mart 2022 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makron ilə növbəti telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib.

Bunu Kremlin mətbuat xidməti bildirib.

“Ukrayna ətrafında vəziyyətin inkişafının aktual aspektləri üzrə fikir mübadiləsi Rusiya və Ukrayna nümayəndələri arasında bu gün İstanbulda başa çatan danışıqların növbəti raundu nəzərə alınmaqla davam etdirilib”, - məlumatda qeyd olunub.

Həmçinin, söhbət zamanı humanitar məsələlərə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Xəbər xətti