Rusiyada dollar kəskin ucuzlaşdı

15:45 - 29 Mart 2022 - DÜNYA

Rusiyada dolların kursu kəskin şəkildə aşağı düşüb.

 Moskva birjasında dollar 85 rubla, avro isə 94 rubla düşüb.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı Moskva birjasında dollar satışını qadağan edib, eyni zamanda banklar və valyuta mübadilə məntəqələrində dollar satılmır. Dolları yalnız Rusiya Mərkəzi Bankı dövlət ehtiyacları üçün alır və istədiyi qiyməti də diktə edir.

Dollar satışının olmaması qara bazarı inkişaf etdirir. Ötən günün məlumatına görə, dollar qara bazarda 200 rubldan baha satılır.

Xəbər xətti