Ukrayna hərbçiləri Xarkov yaxınlığında Rusiyanın 200-cü əlahiddə motoatıcı briqadasının komandirini öldürüblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb.
“Xarkov ətrafında gedən döyüşlərdə 200-cü əlahiddə motoatıcı briqadasının komandiri, polkovnik Denis Kurilo öldürülüb”, - məlumatda qeyd olunub.
Məlumatda 200-cü briqadanın Ukraynada çoxlu sayda itki verdiyi bildirilib. Müharibə başlayandan bəri briqadanın 2 taktiki alay qrupu məhv edilib. Briqadanın ümumi canlı qüvvə itkisi 1500-dən çoxdur.