Füzulidə narkotik alverçisi həbs olundu

14:33 - 29 Mart 2022 - HADİSƏ

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşlarının rayonun Əhmədalılar kəndində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş Yusif Məmmədov saxlanılıb. Onun üzərinə və ona məxsus çantaya baxış keçirilən zaman 2 kiloqram 700 qrama yaxın marixuana, 2 kiloqram 300 qramdan artıq metamfetamin və 2 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb və Y.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti