Peskov Delyaginin təxribatçı çıxışına münasibət bildirdi

14:13 - 29 Mart 2022 - SİYASƏT

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu bəyanat heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir və uyğunlaşa da bilməz. Bu, daha çox şəxsi emosiyalar müstəvisində yatan bəyanatdır. Əlbəttə, biz bu emosiyaları cilovlamağa və bu cür bəyanatlardan çəkinməyə çağırırıq. Xüsusilə Azərbaycanla bağlı tərəfdaş ölkələr kateqoriyasına aiddir”, - Peskov jurnalistlərə bildirib.

Qeyd edəki ki, Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Rusiya telekanallarından birinin efirində Azərbaycanın neft sənayesinə zərbələr endirilməsini təklif edib.

Xəbər xətti