Xüsusi əməliyyat zamanı Ukrayna qoşunlarına ciddi ziyan vurulub.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Ukrayna silahlı qüvvələrinə xeyli ziyan vurulub. Hava üstünlüyü əldə edilib. Hərbi-hava qüvvələri və hava hücumundan müdafiə sistemi praktiki olaraq məhv edilib. Ölkənin Hərbi-Dəniz Qüvvələrinin fəaliyyəti dayandırılıb. Bütün quru birləşmələri əhəmiyyətli itkilərə məruz qalıb."
Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Ukrayna Silahlı Qüvvələri 152 təyyarədən 123-ü, 149-dan 77 helikopter, eləcə də 180-dən 152 uzaq və orta mənzilli zenit-raket komplekslərini itirib.
Şoyqu qeyd edib ki, qoşunlar “ümumiyyətlə” əməliyyatın birinci mərhələsinin əsas tapşırıqlarını yerinə yetiriblər.