Ukrayna-Rusiya danışıqlarının növbəti raundu başladı

13:22 - 29 Mart 2022 - DÜNYA

İstanbulda mətbuata qapalı rejimdə Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçirilir.

Danışıqlar Türkiyə Prezidentinin Dolmabağça iqamətgahında aparılır.

Buna qədər isə nümayəndə heyətlərinin rəhbərləri - Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya arasında ikitərəfli görüş keçirilib.

Xəbər xətti