Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Şirinova Sevda Şahmar qızı dərman içərək özünə qəsd edib.
O, təcili tibbi yardım avtomobilinin köməyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı qadına kəskin psixotrop dərman zəhərlənməsi diaqnozu qoyulub.
Fakt araşdırılır.///report