Rusiya Belarus-Ukrayna sərhədinə İsgəndər-M-lər gətirir

15:55 - 28 Mart 2022 - DÜNYA

Belarusun Qomel vilayətində “İsgəndər-M” raket sistemlərinin Ukrayna ilə sərhədə doğru hərəkəti müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, - məlumatda deyilir.

Xəbər xətti