Rusiya Ukraynanın daha 36 hərbi obyektini məhv etdiyini açıqlayıb

12:02 - 28 Mart 2022 - DÜNYA

Rusiya Müdafiə Nazirliyi (MN) Ukraynanın daha 36 hərbi obyektini məhv etdiyini açıqlayıb.

APA-nın məlumatına görə, bunu Rusiya MN-in rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Martın 27-də sutka ərzində operativ-taktiki aviasiya və raket qoşunları Ukraynanın 36 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki zenit-raket kompleksi, reaktiv yaylım atəşi sisteminin bir qurğusu, üç silah-sursat anbarı, iki yanacaq-sürtkü anbarı və Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 rayon var”, - Rusiya MN sözçüsü vurğulayıb.

Xəbər xətti