Tovuzda bir ailənin üç üzvü qidadan zəhərlənib
08:14 - 28 Mart 2022 - HADİSƏ
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun Bozalqanlı kəndində baş verib.1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-ci il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumada görə həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.///apa