Cənubi Koreya Rusiyaya elektronika ixracını qadağan edib
07:24 - 28 Mart 2022 - DÜNYA
Cənubi Koreya hökuməti Rusiya və Belarusa ixrac ediləcək məhsulların siyahısında dəyişiklik edib.
APA-nın xəbərinə görə, bu ölkələrə sanksiya siyahısında yer almayan 57 növ məhsulun ixracı qadağan edilib.Qərar əsasən sözügedən ölkələrə yollanan məhsullar daha ciddi gömrük nəzarətindən keçiriləcək. Bu ölkələrə elektronika məhsullarının, xüsusən də yarımkeçiricilər, çip, mikrosxem və kompüterlərin ixracı qadağan edilib.