Hacıqabulda yük maşını “Opel”lə toqquşdu

00:03 - 28 Mart 2022 - HADİSƏ

Hacıqabulda 4 nəfərin xəasrət alması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, Bakı – Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində “Schacman” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti