Türkiyə təyyarələri təhlükəsiz şərait yarananadək Ukraynada qalacaq
22:02 - 27 Mart 2022 - DÜNYA
Türkiyənin Ukrayna ərazisində qalan 2 təyyarəsi təhlükəsiz uçuş şəraiti olana qədər orada qalacaq.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.Onun sözlərinə görə, bu barədə həm Ukrayna, həm də Rusiya tərəfi ilə razılıq əldə olunub. Nazir içində fevralın 23-də humanitar yardım aparan 2 türk təyyarəsi Ukraynaya uçub. Müharibə başlayandan sonra Ukraynanın hava məkanı bağlandığı üçün təyyarələr geri qayıda bilməyib.