2 ay əvvəl itkin düşmüş kişinin meyiti kanaldan tapılıb

13:21 - 27 Mart 2022 - HADİSƏ

Sabirabad rayonunun Suqovuşan kəndində kişi meyiti tapılıb. APA-nın xəbərinə görə, həmin şəxsin Sabirabad rayonunun Əsədli kənd sakini, 1958-ci il təvəllüdlü Əsgərov Əsəd Gülmirzə oğlu olduğu müəyyən edilib.Qeyd edilir ki, həmin şəxs 2022-ci il yanvar ayının 28-dən itkin düşüb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti