Rusiya ordusu S-300 və “Buk”un anbarını vurdu

11:43 - 27 Mart 2022 - DÜNYA

Rusiya hərbçiləri S-300 və “Buk” zenit-raket komplekslərinin anbarını məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib.

“Dənizdən atılan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyev şəhərindən 30 kilometr cənub-qərbdə yerləşən Plesetsk yaşayış məntəqəsində S-300 və “Buk” zenit-raket kompleksləri üçün raket anbarı məhv edilib”, - Konaşenkov bildirib.

Xəbər xətti