"Ukraynada heç vaxt Rusiyanın qələbəsi olmayacaq" - Bayden
00:28 - 27 Mart 2022 - DÜNYA
ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibədə Rusiyanın heç vaxt qalib gəlməyəcəyini açıqlayıb.
Bu barədə amerikalı lider Varşava səfərininin sonunda açıqlama verib.Co Bayden bildirib ki, Rusiya lideri hakimiyyətdə qala bilməyəcək.
“Ukraynada heç vaxt Rusiyanın qələbəsi olmayacaq. Çünki azad insanlar zülmət və ümidsizliyin hökm sürdüyü dünyada yaşamaq istəmir. Bizim fərqli gələcəyimiz, demokratiya və prinsiplərimiz, ümidimiz, ləyaqətə, azadlığa əsaslanan parlaq gələcəyimiz olacaq. Bu adam hakimiyyətdə qala bilməz”, - deyə Bayden bildirib.