Qaya parçası avtobusun üzərinə düşdü - Ölənlər var
20:27 - 26 Mart 2022 - HADİSƏ
Türkiyənin Trabzon şəhərində Vakfıkebir-Tonya avtomobil yolunda ağır yol qəzası baş verib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, torpaq sürüşməsi nəticəsində qaya parçası mikroavtobusun üzərinə düşüb. Nəticədə avtobusda olan dörd nəfər həlak olub.