Gəncədə yaşlı kişi özünü binadan atıb
20:12 - 26 Mart 2022 - HADİSƏ
Gəncə şəhərində intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.İlkin məlumata görə, təxminən 60-70 yaşlarında kişi özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən ,intihar edən şəxs uzun sürən xəstəlikdən əziyyət çəkib.