Ağcabədidə avtomat satan paytaxt sakinləri tutulub
19:08 - 26 Mart 2022 - HADİSƏ
Ağcabədi Rayon Polis Şöbəsi silah satışı ilə əlaqədər əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb.