Bakıda evin zirzəmisində yanğın olub, ölən var.
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan mansarda tipli üçmərtəbəli evin zirzəmisində 1 ədəd çarpayı yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.