Xalası ilə birlikdə 2 kq narkotiklə tutuldu

12:35 - 26 Mart 2022 - HADİSƏ

Biləsuvarda xalası ilə birlikdə narkotik gəzdirən qadın saxlanılıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin, avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti