Bakıda 11 min manatlıq telefonlar oğurlandı

11:34 - 26 Mart 2022 - HADİSƏ

Bakının Nəsimi rayonunda mağazaların birindən 11.000 manat dəyərində mobil telefonlar oğöurlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

Xəbər xətti