Qazaxıstanda 29 yaşlı azərbaycanlı çempion qəfildən öldü - FOTO

10:18 - 26 Mart 2022 - Cəmiyyət

Çempion ürək tutmasından dünyasını dəyişib.

Əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23 -də Qazaxıstanın Komenqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib. 1997-ci ildən Qazaxıstanda yaşayan N. Dəmirçi idmanın boks, kiqboks, qaydasız döyüş və K- 1 idman növləriylə məşgul olub. O boks və kiqboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.

N. Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.///unikal


Xəbər xətti