Almaniya Ukraynaya “Strela” raketləri göndərdi

08:43 - 26 Mart 2022 - DÜNYA

Almaniyadan 1,5 min “Strela” daşınan zenit raket kompleksi və 100 ədəd “MG3” pulemyotu Ukraynaya gətrilib. Bu barədə “DPA” agentliyi Ukrayna hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb. Bununla yanaşı Kiyevə odlu silahlar üçün 8 milyon patron ötürülüb. Eyni zamanda, Almaniyadan Ukraynaya digər yardımların da çatdırıldığı bildirilir. Söhbət 350 min ərzaq bağlaması, 50 tibbi maşın və tibbi ləvazimatdan gedir. Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

Xəbər xətti