"Mercedes" ağaca çırpılıb - sürücü ölüb

20:06 - 25 Mart 2022 - HADİSƏ

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin 1987-ci il təvəllüdlü sürücüsü, Talıbov Temur Mahmud oğlu idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib, sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti