Rusiyanın daha bir generalı Ukraynada öldürülüb
16:57 - 25 Mart 2022 - DÜNYA
Ukrayna Silahlı Qüvvələri ötən gün ölkənin Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Rezantsevi öldürülüb.
“Report” xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, bu Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır.