Ərdoğan müharibənin dayandırılması üçün Putinə çağırış edəcək

13:41 - 25 Mart 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna həmkarları ilə telefonla danışacaq.

APA-nın verdiyi xəbərə görə, bu barədə o jurnalistlərə açıqlamasında deyib.

“İndi bu gün Zelenski ilə telefon danışığım olacaq. Yəqin ki, həftə sonu və ya gələn həftənin əvvəlində Putinlə yenidən danışa bilərəm”,- deyə o bildirib.

O əlavə edib ki, Rusiya Prezidentinə müharibənin dayandırılması üçün çağırış edəcək.

 

Xəbər xətti