Gəncədə oğurluq edən qadın saxlanılıb

10:43 - 25 Mart 2022 - HADİSƏ

Gəncədə oğurluq edən qadın saxlanılıb.

Gəncə şəhərində yerləşən ticarət mərkəzlərinin birində oğurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, Gəncə şəhər sakini G.Nəbiyevaya məxsus içərisində 380 manat pul və sənəd olan çanta oğurlanıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş P.Hüseynova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti