Rusiya ordusunun martın 24-ü Ukraynada verdiyi itkilər açıqlanıb.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargah rəisliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən gün ərzində davam edən döyüşlərdə Rusiya ordusunun 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, 9 artilleriya sistemi, 200-dən çox hərbçisi, üç təyyarə və üç pilotsuz uçuş aparatı məhv edilib.