Bakıda avtomobil 71 yaşlı qadını vurub

09:30 - 25 Mart 2022 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xətai rayonunda qeydə alınıb. “Ukrainə dairəsi” yaxınlığında avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Əliyeva Leylaxanım Fərman qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti