31 milyona aldığı evi 50 milyona satdı

09:01 - 25 Mart 2022 - MARAQLI

Tanınmış amerikalı modelyer və eyniadlı brendin yaradıcısı Tommy Hilfiger Kolorado ştatının Aspen şəhərindəki evini satıb.

Alıcının adı açıqlanmayıb. Dizayner daşınmaz əmlak üçün 50 milyon dollar alıb. Qeyd edək ki, Hilfiger 2021-ci ilin dekabrında bu evi 31 milyon dollara əldə edib. Malikanə 2003-cü ildə yerli kurortun xizək yamaclarında ucaldılıb.

O, demək olar ki, 665 kvadratmetr ərazini əhatə edir və içərisində dörd yataq otağı var.///oxu.az

Xəbər xətti