GİF şəkillərinin yaradıcısı vəfat edib

08:56 - 25 Mart 2022 - HADİSƏ

GİF formatında şəkillərin yaradıcısı Stiven Uilhayt 74 yaşında vəfat edib. Bu barədə “NBC News” televiziya kanalı məlumat verib. Bildirilir ki, Uilhayt martın 14-də ABŞ-da COVID-19-un törətdiyi fəsadlardan həyatını itirib. Bu xəbəri onun həyat yoldaşı Ketlin də təsdiqləyib. Xatırladaq ki, “Graphics Interchange Format” (GİF) formatında şəkillər 1987-ci ildə Stiven Uilhayt tərəfindən yaradılıb. O vaxt o, “Compuserve” şirkətində çalışıb. İllər sonra şəkillərin belə formatı sosial şəbəkələrdə emosiyaların göndərilməsi üçün əsas metoda çevrilib. Stiven Uilhaytın 2013-cu ildə “Lifetime Achievement Award” mükafatını aldığını qeyd etmək yerinə düşər. O, bu mükafata internet mədəniyyətinə verdiyi töhfəyə və GİF formatında şəkillər yaratdığına görə hər il keçirilən 17-ci “Webby Awards”da layiq görülüb.

Xəbər xətti