Bakıda avtomobil kanala aşıb – VİDEO

23:40 - 24 Mart 2022 - HADİSƏ

Sabunçu rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, Ramana qəsəbəsində yoldan çıxan “Tofaş” markalı avtomobil su kanalına düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti