Ukrayna ordusu Rusiyanın 1 PUA-sını və Su-34 qırıcısını vurub.
Bu barədə “Vostok” Hərbi Hava Komandanlığı məlumat yayıb.
PUA və hərbi təyyarənin Xarkov istiqamətində vurulduğu bildirilib.
Qeyd edək ki, ötən gün də Ukrayna SQ Rusiyanın 7 təyyarə, 1 helikopter və iki qanadlı raketini məhv edib.