Cəlilabadda evlərdən oğurluq edən şəxs saxlanılıb

21:25 - 24 Mart 2022 - HADİSƏ

Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib. Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Xəbər xətti