Sabirabadda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

18:35 - 24 Mart 2022 - HADİSƏ

Sabirabadda ailə üzvləri dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 1994-cü il təvəllüdlü Babayeva Asya Əli qızı, 2014-cü il təvəllüdlü Babayev Rüstəm Asim oğlu və onun qardaşı, 2015-ci il təvəllüdlü Babayev Sinan Asim oğlu evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sabirabad Rayon Xəstəxanasında ilk tibbi yardım alıblar, sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti