Gəncə şəhərindəki ticarət mərkəzlərinin birində qadının içərisində pul və sənədlər olan çantasını oğurlayan şəxs saxlanılıb.
Şəhər ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərindən birində G.Nəbiyevaya məxsus içərisində 380 manat və şəxsi sənədlər olan çantası oğurlanıb.
Aparılan araşdırma nəticəsində oğurluqda P.Hüseynova şübhəli bilinib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.///report