Ukrayna ordusu Rusiyanın desant gəmisini məhv edib
12:10 - 24 Mart 2022 - DÜNYA
Ukrayna ordusu Azov dənizinin Berdyansk şəhəri sahillərində Rusiyanın “Orsk” adlı iri desant gəmisini məhv edib.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Rusiya gəmisinin partladıldığını və yandığını əks etdirən video da yayımlanıb.
Qeyd edək ki, Rusiya qoşunları Berdyanska müharibənin ilk günlərində daxil olublar.