Gəncədə 15 yaşlı qızı maşın vurub

10:26 - 24 Mart 2022 - HADİSƏ

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yolu keçmək istəyən 2008-ci il təvəllüdlü N. Qurbanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti