Daşkəsən sakini babasının evindən oğurluq etdi

19:17 - 23 Mart 2022 - HADİSƏ

Daşkəsənin Bayan kəndində evlərdən birindən 2500 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları, 590 manat dəyərində 3 ədəd qol saatı və bıçaq dəstinin oğurlanıb.

Bu barədə Daşkəsən rayon polis şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun ev sahibinin nəvəsi İ.Əsgərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.///apa

 

Xəbər xətti